Əsas məzmuna keç

Qəzəl

Etdigim nalələr olmazdı bu sevdadə tələf

Seyid Əzim Şirvani

1

Etdigim nalələr olmazdı bu sevdadə tələf, Sinəm olsaydı gər ol navəki-müjganə hədəf.

Bu ümid ilə ki, qəmzəndən ala kami-dilin, Düzülüb gözlərivün dövrünə müjgan səf-səf.

Yazdı «Vəlleyli iza» səfheyi-rüxsarüvə xət, O bəyazə bu səvad ilə füzun oldu şərəf.

Almamış abi-dü çeşm ilə vüzu aşiqi-zar, Baxa bilməz üzüvə, ey üzü rəşki-müshəf!

Dürri-əşkimə nola yar xəridar olsa Ki, bu dürdanəyə bəhreyni-dü çeşmimdi sədəf.

Rədə lazımdı Rübab, etmə müğənni, dəfə zur Ki, könüldən qəmimi dəf eləməz nəğmeyi-dəf.

Çəkdilər Yusifi-mənanı genə bazarə, Seyyida, saxlama canı, nə gərəkdir bu xəzəf.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.