Əsiri-dərdü qəmi-hicri-canşikar oldum
Əsiri-dərdü qəmi-hicri-canşikar oldum, Nədən ki, qorxur idim mən ona düçar oldum.
O gülüzardən axır məni ayırdı fələk, Baharım oldu xəzan, mübtəlayi-xar oldum.
Olubdu təhti-fələk təng beytül-əhzanım, Fəraqi-Yusif ilə xakü xaksar oldum.
Dönüb kənarələrim rudi-Nilə əşkimdən, O vəqtdən ki, mən ol mahdən kənar oldum.
Ayırdı Yusifi məndən bəradərani-qəyur, Bəlayi-hicrdə mən zarü biqərar oldum.
Nə cürm etmiş idim, ey xudayi-pakü əhəd, Yanıb fəraq oduna mən əsiri-nar oldum.
Yeriydi yaxsa məni çərx narə, ey Seyyid, Ki, bivəfalərə mən çün ümidvar oldum.