Əşrəqət min fələkil-behcəti şəmsün və biha
Əşrəqət min fələkil-behcəti şəmsün və biha, Mələəl-aləmə nurən və sürurən və bəha11.
Çıxdı bir gün ki, ziyasında təmamiyyi-rüsul, Oldu məhv öylə ki, xurşid şüaində Süha.
Oldu bazari-cahan rövnəqi bir dürri-yetim Ki, degil iki cahan hasili ol dürrə bəha.
Rütbeyi-hikməti-me’raci-kəmalinə görə, Hükəma firqeyi-dun, fəlsəfə cəm’i-süfəha.
Münhiyi-mə’rifəti hal dililə daim, Qılır əhli-həqə əsrari-həqiqət inha.
Necə təqrir edəyin vəsfini bir şahin kim, Ona vəssaf ola “Yasin”u müərrif – “Taha”.
Ey Füzuli, rəhi-şər’ini tut ol rahbərin, Bu təriqilə zəlalətdən özün eylə rəha!
Lüğət: Bəha – parlaqlıq; işıq, gözəllik, qiymət; dəyər; Rüsul – elçilər, peyğəmbərlər; Süha – ən kiçik ulduz; Dürri – yetim – sədəfin içində tək bir dənə olan inci, misilsizürr; Dun – alçaq, əskik; Süfəha – səfehlər, axmaqlar; Əsrar – sirrlər, gizli sözlər; İnha – xəbər vermək, söz yetirmək; Müərrif – tanıdan, tanış edən