Əsas məzmuna keç

Qəzəl

Eşqiniz, cana, bu könlüm təxtinə sultandurur

Şah İsmayıl Xətai

1

Eşqiniz, cana, bu könlüm təxtinə sultandurur, Bu vücudim mülkinə xeyli-xəyalın candurur.

Ta görübmən hüsnini, ey gövhəri-yekta sənəm, Bir gözüm Qülzüm misali, bir gözüm Ümmandurur.

Ruzü şəb bəs kim, qılur bülbül fəğanü zarlığ, Ta gülüstanda yüzün tək bir güli-xəndan durur.

Əhli-taət bəs ki, zikr edər sifati-hüsnüni, Bildi kim, yüzün sifati ayəti-Qur’andurur.

Dünyənin varü yoxundan, ey Xətayi, qəm yemə, Saxlayan daim səni şol sayeyi-sübhandurur.

Lüğət: Hüsn – gözəllik; Yekta – yalnız, misilsiz; Şəb – gecə; Xəndan – gülən; Zikr – anma, söyləmə; Şol – o

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.