Eşqin ilə yenə könlümdə məlalım vardır
Eşqin ilə yenə könlümdə məlalım vardır, Nə dil ilə deyim, ey şux, nə halım vardır?
Bir nicat axtarıram bunca bəlasından onun, Allah-Allah, nə bəla, fikri-məhalım vardır.
Sağərü saqidə ol nəş’ə kimin qüdrətidir? Səndən, ey zahidi-bizövq, sualım vardır.
Mənzilim kuyin ola, hasilim ənduhü qəmin, Başqa dövlət nə gərək, mülk ilə malım vardır.
Xirəd əhlin niyə güldürməyə divanəliyim, Çör-çöpəm atəşə ümmidi-vüsalım vardır.
Diləyim yalnız oxundan, gözəlim, peykandır, Meyvə dərməkçün əcəb türfə nihalım vardır.
Yoxdur eşq içrə, Füzuli, mənə bir sabit yol, Hər zaman başqa fikir, başqa xəyalım vardır.