Əsas məzmuna keç

Qəzəl

Eşqdir eyləyən aləmdə bəlalər iycad

Seyid Əzim Şirvani

1

Eşqdir eyləyən aləmdə bəlalər iycad, Eşqdəndir bu qədər aləmi-kovn içrə fəsad.

Eşqdir mürşidi-kamil, ona afaq mürid, Eşqə şagird cahan əhli, o kamil ustad.

Eşqdir aləm ara darə çəkən Mənsuri, Eşqdir Qeysi qılan Leyli qəmindən naşad.

Dağdə surəti-Şirinini nəqş eylər ikən, Başına vurdu külüngün niyə axır, Fərhad?

Seyyida, eşq sözün söyləmə nafəhmlərə, Çəkmə zəhmət, nə bilir rütbeyi-insanı cəmad.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.