Əsas məzmuna keç

Qəzəl

Eşqdən canımda bir pünhan mərəz var, ey həkim!

Məhəmməd Füzuli

1

Eşqdən canımda bir pünhan mərəz var, ey həkim! Xəlqə pünhan dərdim izhar etmə, zinhar, ey həkim!

Var bir dərdim ki, çox dərmandan artıqdır mənə, Qoy məni dərdimlə, dərman eyləmə, var ey həkim!

Gər basıb əl nəbzimə, təşxis qılsan dərdimi, Al əmanət, qılma hər bidərdə izhar, ey həkim!

Gəl mənim tədbiri-bihudəmdə sən bir sə’y qıl Kim, olam bu dərdə artıqraq giriftar, ey həkim!

Gör təni-üryan ilə əhvalımı hicran günü, Var imiş ruzi-qiyamət, qılma inkar, ey həkim!

Çəkməyincə çareyi-dərdimdə zəhmət bilmədin Kim, olur dərmani-dərdi-eşq düşvar, ey həkim!

Rənc çəkmə, sihhət ümmidin Füzulidən götür Kim, qəbuli-sihhət etməz böylə bimar, ey həkim!

Lüğət: Zinhar – saqın, aman; Düşvar – çətin, müşkül. E

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.