Əsas məzmuna keç

Qəzəl

Eşq yolunda kim ki, ol yarına canfəşan gedər

İmadəddin Nəsimi

1

Eşq yolunda kim ki, ol yarına canfəşan gedər, Əhli-yəqin bilir kim, ol cənnətə bigüman gedər.

Qəddü üzün hekayətin eşidəlidən, ey sənəm, Sərv gəlir xəyalıma, cöhrədən ərğəvan gedər.

Yox xəyalı dəmbədəm gözlərimin sarayına Ab kimi rəvan gəlür, yaş kimi rəvan gedər.

Ey həvəs eyləyən kişi eşqə, eşit bu nüktəyi, Xubların xəyalına vermə könül ki, can gedər.

Yar ilə söhbət eyləmək bir dəm, iki cahan dəgər, Dövlət anın ki, yar ilə söhbəti cavidan gedər.

Nərgisi-şuxu dilbərin fitnəyi-axır eylədi, Sərv qədinə qıl nəzər, gör necəsi rəvan gedər.

Kirpik oxilə yarəlü qıldı gözün Nəsimiyi, Anınüçün gözündən uş ləhzədə bunca qan gedər.

______________________Milli Kitabxana_______________________

Lüğət: Yarın – Səhər; Ərğəvan – Ərğəvan (al qırmızı rəngli gül)

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.