Eşq sirrin sordum ol mahi-liqa əlbət, dedi
Eşq sirrin sordum ol mahi-liqa əlbət, dedi Sorma məndən, əhli-eşqə bax götür ibrət, dedi.
Varsa qəlbində məhəbbət, adəmiyyət səndədir, Sevgisizlərlə çətindir, eyləmə ülfət, dedi.
Aşiqə məşuqdən xoşdur, nə qədr olsa cəfa, Yar əlindən zəhr alıb, aşiq içib, şərbət dedi.
Çəkdi yüz duzəx əzabın bivəfalardan könül, Xakpayi-yarə aşiqlər yenə cənnət dedi.
Ol məhi-naməhribanə gəldim, ərzi-hal edim, Söz ağızdan çıxmamış üz döndərib, get-get dedi.
Tapmadım bir əhli-hal, izhari-hal eylim ona, Mülhəmi-qeyb: «ixtiyar et dəhrdə üzlət» dedi.
Dün Şəfaidən «nədir əsli adın» sordum, gülüb Adımı qoymuş «çörək» doqquz nəfər külfət dedi.