Əsas məzmuna keç

Qəzəl

Eşq meydanında hər kim can ilən baş oynadır

Şah İsmayıl Xətai

1

Eşq meydanında hər kim can ilən baş oynadır, Yar önündə qəmzədir, kiprig ilən qaş oynadır.

Şahi-mərdanın yolunda çox kişi vardır, vəli Afərin ol başə kim, min başə bir baş oynadır.

Şah qatında məhrəm olub canü başından keçər, Sanma kim, yarı önündə dəgmə fərraş oynadır.

Dün mənimlən rubəru boldu nigar, öldü rəqib, Gözlərilən çox işarətlər qılur, qaş oynadır.

Ey Xətayi, qəm yemə çün düşmənin oldu yüküş, Müddəi daim iraqdan kərpicü daş oynadır.

Lüğət: Vəli – ancaq, lakin; Qatında – yanında; Dəgmə – təsadüfi, hər yetən; Dün – dünən, gecə; Nigar – sevgili, bəzəkli; Yüküş – çox, bol

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.