Əsas məzmuna keç

Qəzəl

Eşq ətvarın müsəlləm eylədi gərdun mana

Məhəmməd Füzuli

1

Eşq ətvarın müsəlləm eylədi gərdun mana, Bunca kim, yeldi-yügürdü, yetmədi Məcnun mana.

Qıldı məndən rəf’ təklifi-nəmazi məstlik, Qaldı bərhəq nəş’eyi-cami-meyi-gülgun mana.

Bağiban, gər meyl qılman sərvinə, mə’zur tut, Sərvdən yeyrək gəlir ol qaməti-mövzun mana.

Dustlar, qan-yaş töküb qıldı məni rüsvayi-xəlq, Vəh ki, düşmən çıxdı axir dideyi-pürxun mana.

Olmazam, hər qanda kim olsam, giriftar olmadan, Bir bəladır göz, bir afətdir dili-məhzun mana.

Ey Füzuli, navəki-ahimlə aldım intiqam, Dönə-dönə gərçi bidad etdi çərxi-dun mana.

Lüğət: Ətvar – tövrlər, hallar. F; Gərd – toz; Gülgun – gül rəngli, gül üzlü; Vəh – aydınlıq, aşkarlıq; Navək – ox; Dun – alçaq, əskik

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.