Əsas məzmuna keç

Qəzəl

Eşq əhli oldu hər biri bir canə müştəri

Seyid Əzim Şirvani

1

Eşq əhli oldu hər biri bir canə müştəri, Pərvanə oldu şəmi-şəbistanə müştəri.

Eşq aləmində himməti-mərdanə göstərib, Bir qarı oldu Yusifi-Kənanə müştəri.

Varın verən, deyəllər, utanmaz, məsəldi bu, Can nəqdi əldə oldum o cananə müştəri.

Rüxsari-yarı iqdi-ərəq cilvəgah edib, Pərvin olubdu mehri-dirəxşanə müştəri.

Lazım dəgil pədər sənə, ey mehriban pəsər, Dürri-yətimə çox olu mərdanə müştəri.

Ahım şərarı Müştəriyi-çərxi yandırar, Ol aşinayə gər ola, biganə müştəri.

Vəsfi-ləbi-nigarı qılıb əşki-al ilə Seyyid olubdu ləli-Bədəxşanə müştəri.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.