Eşigin daşini qan ilə yudu çeşmi-tərim
Eşigin daşini qan ilə yudu çeşmi-tərim, Bəs ki pakəm, daşı lə’l eylədi feyzi-nəzərim.
Cigərim dağinə mərhəm bulamadım səndən, Necə ah eyləməyim, ah, yanıbdır cigərim.
Dedi ol yar: səhər vəqti gəlim, leyk nə sud, Vəqt mə’lum degil, şam ilə birdir səhərim.
Ey xoş ol şam ki, bixud gedəyim kuyinə, sübh: Neylədim onda, deyə qeyrdən alım xəbərim.
Düşməzəm könlünə, yə’ni olubam öylə zəif, Dərdi-eşqinlə ki, güzgudə görünməz əsərim.
Neçə min aşiqə ancaq bir ox atdın, demədin Ki, düşər bir-birinə bir neçə üftadələrim.
Ey Füzuli, dura məndən ala tə’limi-vəfa, Nagəh ər mərqədi-Məcnunə düşərsə güzərim.
Lüğət: Sud – fayda, qazanc; Mərqəd – qəbir, məzar