Əsas məzmuna keç

Qəzəl

Ərzə yazdım mən sana, ey şahi-xubanım, mədəd

Şah İsmayıl Xətai

1

Ərzə yazdım mən sana, ey şahi-xubanım, mədəd. Ərzi-halim sən bilürsən, dinü imanım, mədəd.

Şərmsarəm, pürgünahım sən bağışla, ya kərim, Cümlələrni yarlığayan kamil insanım, mədəd.

Məstü Məcnun olmuşam mən firqətindən, ya həbib, Ey həqiqət aləmində incə ərkanım, mədəd.

Bu əlimdür daməniniz, ya Əliyül-Murtəza, Buyi-vəslindən sənin hər dərdə dərmanım, mədəd...

Hər yana əzm eylər olsan, sureyi fəth oldu fəth, Açılar bağlu qapu dövlətlü dərbanım, mədəd.

Bu Xətayinin günahin sən götürmə yüzinə, Şahi-mərdan, şiri-yəzdan, sirri-sübhanım, mədəd.

Lüğət: Mədəd – kömək; Kərim – səxavətli; Həbib – dost; Ərkan – qaydalar, rüknlər; Damən – ətək; Əzm – bir işə girişmək üçün edilən qəsd, qərar; Dərban – qapıçı; Sirri – əf’al – işlərin sirri; Sübhan – Allah

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.