Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?
Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim? Ixtiyar olsaydı, rahət ixtiyar etməzmidim?
Ləhzə-ləhzə surətin görsəydim ol şirinləbin, Sən kimi, ey Bisütun, mən həm qərar etməzmidim?
Nişə məhrəm eylədin şəm’i, məni məhrum edib, Mən sənin bəzmində can nəqdin nisar etməzmidim?
Dərdimi aləmdə pünhan tutduğum naçardır, Uğrasaydım bir təbibə, aşikar etməzmidim?
Yar ilə əğyarı həmdəm görməgə olsaydı səbr, Tərki-qürbət eyləyib, əzmi-diyar etməzmidim?
Vaizin bəzmin mənim rüsvalığmdan qıl qiyas, Onda sidq olsaydı, mən təqva şüar etməzmidim?
Ol güli-xəndanı görmək mümkün olsaydı mənə, Sən tək, ey bülbül, gülüstanə güzar etməzmidim?
Ey Füzuli, daği-hicran ilə yanmış könlümü, Laləzar açsaydı, seyri-laləzar etməzmidim?
Lüğət: Bəzm – qonaqlıq, kef məclisi