Əsas məzmuna keç

Qəzəl

Ənbərin zülfün, nigara, bağladı divanəni

İmadəddin Nəsimi

1

Ənbərin zülfün, nigara, bağladı divanəni, Şəm’i-vəhdətdir camalın, yandırır pərvanəni.

Ey üzün qədrü cəmalın rəhmətən lil-aləmin, Məscidə varman bu gün, arzulaman meyxanəni.

Abi-kövsərdir dodağın, mə’dəni-ruhülqüdüs, Aşiqə sun arifanə, saqiya, peymanəni.

Zahidi-zərraqı hər dəm oda yandırmaq gərək, Gərçi məndən eşidərsən şeyx həm mövlanəni.

Ey Nəsimi, satmagil sən cahilə dürri-ədən, Cahilü nadan nə bilsin qiyməti-dürdanəni.

Lüğət: Dəni – Alçaq; Zərraq – Yaltaq, riyakar; Qiyməti – ərzan – Baha qiymət

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.