Əsas məzmuna keç

Qəzəl

Ənbərin zülfinmidir, ya müşki-tatarındurur?

Şah İsmayıl Xətai

1

Ənbərin zülfinmidir, ya müşki-tatarındurur? Gögdə kövkəb əqdi həm lö’leyi-şəhvarındurur.

Hər səhərgəh aləmü afaqı pürnur eyləyən Gün degil, ey dilbərim, ol hüsni-didarındurur.

Ruzi-məhşər qoparan, cana, qiyamət qamətin, Fitnələr zahir qılan ol çeşmi-məkkarındurur.

Tuba kim, derlər cahanda, qəddü rəftarındır ol, Baği-rizvan kim, deyirlər, ruyi-gülzarındurur.

Dünyəvü üqbadə hərgiz ğəm yemə əğyardən, Ey Xətayü, çün sənin lütfi-xuda yarındurur.

Lüğət: Kövkəb – ulduz; Hüsn – gözəllik; Çeşmi – giryan – ağlar göz; Tuba – cənnət ağacı; Rizvan – behişt, behişt qapısı; Üqba – axirət, o biri dünya; Hərgiz – heç vaxt

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.