Əsas məzmuna keç

Qəzəl

Ənbərdən ay camalını salmış həsarə xət

Məhəmməd Füzuli

1

Ənbərdən ay camalını salmış həsarə xət, Bənzər o gül üzarın üçün pərdədarə xət.

Yeksər həsəd tozu bürüdü güzgüsün ayın, Hər dəm o məh salanda kənari-üzarə xət.

Şəm tək mənim qaraldı günüm dudi-ahdən, Ta düşdü gül üzündən o mahın kənarə xət.

Məzmunca xətti-yarə yaxın xətt tapmadıq, Dövran oxutdu gər bizə minlərcə qarə xət.

Yanmış könül üzümdə nişan qoydu göz yaşın, Çün yadigar öləndən olar ruzigarə xət.

Ölmüşləriksə, sinəmi çak etməyim, necə Bir rəsmdir, yazar hamı lövhi-məzarə xət.

Yar olmasa, Füzuli, həyatın nə hasili, Əlbəttə, varlığın sözünə çək dübarə xət.

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.