Əlminnətü-lillah, qəmə qəmxar tapıldı
Əlminnətü-lillah, qəmə qəmxar tapıldı, Qəm çəkməyə bir yari-həvadar tapıldı.
Səd şükr ələ gəldi şəriki-qəmü möhnət, Aləmdə mənə yari-mədədkar tapıldı.
Maildi məgər çərxi-cəfakar vəfayə – Kim, bir bu sifət yari-vəfadar tapıldı?
Düşmüşdü mətai-hünərü fəzl kəsadə, Şad ol ki, könül, rövnəqi-bazar tapıldı.
Qalmışdı tərazuyi-gözümdə düri-əşkim, Yüz şükr ki, bu dürrə xəridar tapıldı.
Asandır o qəm ki, ola qəmxarı cahanda, Şadəm ki, əlaci-qəmi-düşvar tapıldı.
Seyyid, o səri-kuy iti oldu sənə həmdəm, Avazüvə avaz verən yar tapıldı.