Əsas məzmuna keç

Qəzəl

Əlif – Ol qəddinə ögündigiçün sərvü çinar

İmadəddin Nəsimi

1

Əlif – Ol qəddinə ögündigiçün sərvü çinar, Olmadı onlara göftarü nə rəftarü nə bar.

Bey – Bu gün badi-səba zülfünə tuş oldu məgər Ki, dilü can elinə mişkü əbir etdi nisar.

Tey – Təmənna edən ancaq tapuna mən deyiləm, Bu həva ilə keçər şeyxü fəta, mirü kübar.

Sey – Səradan çəkərəm ah sürəyyaya irər, İllər ilə sana bir gün nə əcəb etmədi kar.

Cim – Can gözü görər nuri-camalında sənin, Lövhi-dildə yədi-qüdrət yazalı nəqşü nigar.

Hey – Həyati-əbədi buldu vüsalında irəm, Firqətin zəhrin içər, ey neçələr leylü nəhar.

Xey – Xətindən utanır nəsx ilə reyhanü sülüs, Ta mühəqqəq ana manənd olalı xəttü qübar.

Dal – Dərd ilə düşən könlümə məh mehridir ol, Üz urub qürbətə bir gün eləyim tərki-diyar.

Zal – Zikr etdigi bu kim ləbinin şəkkərini, Tutiyi-canü könül bir dəm ola xoşgöftar.

Rey – Rəqibin üzünə baxma, eşitmə sözünü, Dilbəra, çünki anın qövlidürür cümlə fişar.

Zey – Zamanın nəsinə şad olayım, bir ləhzə, Dili-qəmginimə heç vermədi aramü qərar.

______________________Milli Kitabxana_______________________

Sin – Sahir gözünün məkrini dil şərh edəməz Ki, nə cadu bilir ol fitnələri, nə əyyar.

Şin – Şol zülf ilə xal oldu mana danəvü dam Ki, bu dil mürğü dü aləmdir ana seydü şikar.

Sad – Səbr et dedi dildar bu gün mana, dedim: Aşiqə səbr mahal oldu dəxi qeyrətü ar.

Zad – Zərb uralıdan canıma məstanə gözün, Getmədi başda dəxi xəmr iləvü gözdə xumar.

Tey – Tolu könlüm evi nuri-təcəllayi-camal Ki, görükməz gözümə zərrəcə əğyar, nə yar.

Zey – Zalım gözünə hey de ki, cövr eyləməyə, Etməsin şəmsü qəmər kimi məni zarü nizar.

Eyn – Aşiqlərə aləmdə çe duzəx, çe behişt, Bir olur tirəvü mehri üzü məstani-bahar.

Ğeyn – Ğeyrət budur, ey şah ki, kuyində müdam, Ta ki, ömrüm ola ləbbeyk edəlim çakərvar.

Fey – Fərda səni təftiş edə aşiq, göricək Nə rica ana behişt ola, nə heysiyyəti-yar.

Qaf – Qaşınla gözün, zülfü dəhanın həvəsi Bizə nə izzətü hörmət qodu, nə elmü vüqar.

Kaf – Ki urdu yədi-qüdrət, dedi bir huri-lətif: Gəlmədi sənciləyin, gəlməyə ta ruzi-şümar.

Lam – Layiq ləbinə lə’l degil, gül rüxünə Kim, anın mə’dəni səng oldu, munun mişki-tatar.

Mim – Mürği-dilü can istəməyə baği-behişt, Kaşiyan zülfi-həbib ola, xətü xalı mədar.

______________________Milli Kitabxana_______________________

Nun – Novruz olucaq yar ilə xoşdur gülü mül, Çalına çəngü rübab, oxuna üşşaqi-nigar.

Vav – Var, uymagilən sən bu yavuz nəfsə bu gün, Adəmin hur mələk həmdəmi niçün ola mar.

Hey – Həvəs etmə Nəsimi, büti-hərcayiyə kim, Ola əğyar ilə yar, edə vəfadarını zar.

Lam əlif – La deməzəm gər məni qətl edə gözün, Dili Mənsursifət eyləyəsən zülfünə dar.

Yey – Yeri eylə tənə’üm yemədən səni bu yer, Kim əcəl çənginə düşsə, sənəma, sanma çıxar.

______________________Milli Kitabxana_______________________

Lüğət: Sürəyya – Ulduz bürcləri; Kar – İş; Yədi – beyza – Ağ əl; Leyl – Gecə; Zikr – Xatırlama, söyləmə; Dil – Ürək; Əyyar – Zirək, hiyləgər; Şol – O; Dam – Tələ; Mürğ – Quş; Seyd – Ov; Xəmr – Şərab; Qəmər – Ay; Eyn – Göz; Duzəx – Cəhənnəm; Fərda – Sabah; Dəhan – Ağız; Şümar – Say T; Dəni – Alçaq; Səng – Daş; Həbib – Dost, sevgili; Üşşaq – Aşiqlər V; Mar – İlan; Dar – Ev; Yey – Yaxşı

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.