Əsas məzmuna keç

Qəzəl

Əl çatsa fəda canımı cananə edərdim

Seyid Əzim Şirvani

1

Əl çatsa fəda canımı cananə edərdim, Şəmi-rüxünə könlümü pərvanə edərdim.

Ey zahidi-bizövq bu məscid ki, sənin var, Olsaydı mənim, mən onu meyxanə edərdim.

Minbər əvəzi onda qoyardım xümi-badə, Vəqf ol xüm üçün bir neçə peymanə edərdim.

Bir tarə düzərdim neçə yüz daneyi-əngur, Anı əvəzi-səbheyi-səddanə edərdim.

Meydən ötürü əkmək üçün tak yerində, Hər yerdə ki, var mədrəsə viranə edərdim.

Düşsəydi nəhani əlimə bəççeyi-zahid, Heç onda bilirsənmi ki, aya, nə edərdim.

Seyyidtək edib vəsf pərilər xətü xalın, Bu vəzlə aləmləri divanə edərdim.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.