Əsas məzmuna keç

Qəzəl

Əksi-sayəndir vücudim, ey saçı zilli-humay

Şah İsmayıl Xətai

1

Əksi-sayəndir vücudim, ey saçı zilli-humay, Nişə kim, sən padşəhsən, mən qapunda bir gəday.

Kövkəb olmuşdur mənim çeşmim cəmalın görməgə, Bir nəzər doğgil gözüm qarşusinə, ey yüzi Ay.

Ol məhin eşqinə düşdüm, tə’nə qılma, zahida, Qaçmazam eşqin yolundan çün mana həq qıldı tay.

Ta əzəldən var mənim guşimdə eşq avazəsi, Çalma, ey mütrib, dəxi məclisdə udü çəngü nay.

Bu Xətayi oldu Məcnun, dağə düşdü ahu tək, Naseha, dağdan ani ürkütmə, qılma huyi hay.

Lüğət: Zilli – sübhan – Allah kölgəsi; Kövkəb – ulduz; Çeşmi – giryan – ağlar göz; Məhin – böyük, gözəl; Çəng – musiqi aləti; Naseh – nəsihət verən

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.