Əsas məzmuna keç

Qəzəl

Əksi-rüxsarın ilə oldu müzəyyən mir’at

Məhəmməd Füzuli

1

Əksi-rüxsarın ilə oldu müzəyyən mir’at, Bədəni-mürdəyə feyzi-nəzərin verdi həyat.

Bənzədərdim qədi-mövzuninə fil-cümlə əgər, Can içində əlif etsəydi qəbuli-hərəkat.

Xət bu məzmun ilədir tərfi-zənəxdanında Ki, bu zindanın əsirinə yox ümmidi-nəcat.

Kakilin qıldı müqərrər mənə sərgəştəliyi, Deməsin kimsə ki, var gərdişi-gərdunə səbat.

Qəmzə peykanin edər aşiqə çeşmin sədəqə, Öylə kim, mərdümi-mün’im verə möhtacə zəkat.

Afərin cövhəri-məqbulinə kim, aləmdə Mümkün olmaz bu sifat ilə ki, sənsən bir zat.

Ey Füzuli, vərə’ü zöhd ilə mö’tad oldun, Bilmədin halını, bihudə keçirdin ovqat.

Lüğət: Müqərrər – qərarlaşmış, qət edilmiş; Peykan – ox; Mərdüm – göz giləsi; xalq, camaat; Zöhd – zahidlik

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.