Əksi-ləbinlə könlümü al qan edir qədəh
Əksi-ləbinlə könlümü al qan edir qədəh, Dərddən yanıqlı qəlbimi büryan edir qədəh.
Ya Rəb, hübab tək onu sən sərnigun elə, Badə verib, həyatımı tufan edir qədəh.
Əks eyləyir içində sənin gül cəmalını, Çıxmış hər ölçüdən, yenə tüğyan edir qədəh.
Dövr eyləyir ovucda, dodaqlardadır müdam, Məcnun kimi öz əqlini pünhan edir qədəh.
Saf qəlbini görün ki, edib tərk badəni, Meykun dodaqla qəlbini əlvan edir qədəh.
Bir ovçu tək vurub, eyləyib seyd qəlbimi, Ləli-ləbin kimi necə gör qan edir qədəh.
Tutma qədəhdən özgə müsahib, Füzuli sən, Razı duyur, çətin işi asan edir qədəh.