Əsas məzmuna keç

Qəzəl

Əhli-iman usları ol dəmdə inkar etdilər

İmadəddin Nəsimi

1

Əhli-iman usları ol dəmdə inkar etdilər, Çün Hüseyniyi Hələb şəhrində bər-dar etdilər.

Qazilər fitva verib həq sözə batil dedilər, Küfrü tərk edib imana gəlməyə ar etdilər.

Seyyidə zülm eyləyib cövr ilə həqqi basdılar, Əhsəni-təqvimi gör kim, necə inkar etdilər.

Biliyib bıçaqların çünki tənimə qoydular, Sağ ikən mən aşiqi gör necə bimar etdilər.

Həq mənə söylə dedi, əmr etdi, mən də söylədim, Sözümü dastan edib aləmdə təkrar etdilər.

Üzdülər, çıxardılar çün bu Hüseyninin tənin, Yas qurub göydə mələklər cümləsi zar etdilər.

Ey Nəsimi, vasil oldun xaliqın rəhmətinə, Cənnəti-ə’layı buldun, yerni gülzar etdilər.

______________________Milli Kitabxana_______________________

Lüğət: Dar – Ev; Bimar – Xəstə

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.