Əsas məzmuna keç

Qəzəl

Əhli-həyatə söylərəm, ey həyyi-laməmat

Şah İsmayıl Xətai

1

Əhli-həyatə söylərəm, ey həyyi-laməmat, Fani cəhanda kimsəyə munis degil həyat.

Baqidir ol ki, derlər ani vacibəl-vücud, Fərmandır anə mümtənəat ilə mümkinat.

Can bəxş edər məmatə ləbin, ey Məsih dəm, İsalərin əcəbmi dəmindən bu mö’cüzat?

Məhdi-zəmin içində ki, tifli-nəbat edər, Ana həmişə dayeyi-lütf əmirdir nəbat.

Şətrənci-dəhr içindəki at oynadan xani? Təqdir beydəqi ani bir dəmdə qıldı mat.

Çün qul olan qapında görər qədri-səltənət, Bir qulunam ki, vermişəm ol qədr içün bərat.

Yetməz, Xətayi, zikr ilahın nüfusinə, Bir zat imiş ki, irməz anə zat ilən sifat.

Lüğət: Həyyi – baqi – əbədi dirilik; Zikr – anma, söyləmə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.