Əsas məzmuna keç

Qəzəl

Əhli-eşqin, zahida, cismindəki can özgədir

Seyid Əzim Şirvani

1

Əhli-eşqin, zahida, cismindəki can özgədir, Aləmi-mənadə, bil, can özgə, canan özgədir.

Aşiqin hərçənd xoşdur yarı olmaq bəzmdə, Lakin, ey şeyda könül, yari-zəbandan özgədir.

Küfrü iymanı nə bilsin zülfüvə bənd olmayan, Mülki-iyman özgədir, bu kafəristan özgədir.

Ey ləbi-dildardən qafil olan Xızri-fəqir, Ləli-dildar özgədir, ol abi-heyvan özgədir.

Ey könül köhli-Sifahan sanma xaki-payını, Tutiya bir özgə şey, köhli-Sifahan özgədir.

Ney-şəkərdən, hind ara, tuti tapar zövqü səfa, Bilməyir ləli-ləbində şəkkəristan özgədir.

Seyyida, xubani-Xülləxdən nədir övsaflər, Mülki-Xülləx özgə, xaki-paki-Şirvan özgədir.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.