Əsas məzmuna keç

Qəzəl

Əhdə vəfa eylədi yari-vəfadarımız

İmadəddin Nəsimi

1

Əhdə vəfa eylədi yari-vəfadarımız, Yar ilə gör kim, necə düşdü əcəb karımız.

Eşqi-cəmalın məni kəndüdə məhv eylədi, Oldu tamam uşbu gün eşq ilə bazarımız.

Qəmzələrin sirrini canda dedim saxlayım, Daşrə buraxdı könül pərdədən əsrarımız.

Eşqə əlac istəmə, dərdinə səbr eylə, dur, Gör ki, nə dərman qılır yari-dilazarımız.

Kim ki, səni sevmədi, eşqinə can vermədi, Yoxdur anın həqqinə zərrəcə iqrarımız.

Zahid əgər aşiqə münkir olur, qəm degil, Həq bizə oldu əyan, qalmadı inkarımız.

Əhdə vəfa eyləgil, ta deməsin müddəi, Qövlü qərar üstünə durmadı dildarımız.

Batinə kar eylədi eşqi-rüxün şoylə kim, Tə’nə urar altunun rənginə rüxsarımız.

Gərçi Nəsimi sözün dadını verdi, vəli Dadə gətirdi anı ləfzi-şəkərbarımız.

Lüğət: Əsrar – Sirlər; Dur – Uzaq; Münkir – İnkar edən; Qövl – Qohum; Kar – İş

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.