Əsas məzmuna keç

Qəzəl

Əğyarı ki, gördüm eləyir yarə məhəbbət

Seyid Əzim Şirvani

1

Əğyarı ki, gördüm eləyir yarə məhəbbət, Minbəd gərək mən edim əğyarə məhəbbət.

Gər yar üçün əğyarı tutum dust, nə eybi, Gül xatirinə eyləmişəm xarə məhəbbət.

Zülfi-siyəhi-yarə şəbih olduğu yüzdən Daim qılıram rişteyi-zünnarə məhəbbət.

Gər meylim ola şəmi-rüxi-yarə, nə nəqsi, Adətdi ki, pərvanə edər narə məhəbbət.

Qurbandı dilü can səgi-kuyinə o mahın, Möminlər edər, rəsmdi, zəvvarə məhəbbət.

Xət gəldi ruxi-yarə, füzun oldu məlalım, Axır günümü eylədi gör qarə, məhəbbət.

Seyyid, o siyəh zülf mənim oldu tənabım, Mənsur kimi çəkdi məni darə məhəbbət.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.