Əsas məzmuna keç

Qəzəl

Əgildim, səcdə qıldım xanədanə

Şah İsmayıl Xətai

1

Əgildim, səcdə qıldım xanədanə, Nuş etdim şərbətindən qanə-qanə.

Zəhi dövlət bəşarət mən gədayə, Yürüdüm, uğradım dürli dükanə.

Sərraf olan bilür gövhər bəhasın, Mübah olmuşdurur pirü cəvanə.

Ərənlər asimanın dirəgidir, Dirək yerdən dayanır asimanə.

Ululuğ istər isən, qulluğ eylə, Ayağ bir-bir basarlar nərdibanə.

Cəhanı açdı Sultan Heydər oğlu, İrişdi qazilər kövnü məkanə.

Yürüdüm bağına, qıldım təfərrüc, Ərənlər yatağı nəqşi-cəhanə.

Sürər Düldül, çalar şah Zülfiqarı, Əlidən qaldı bu zərbü nişanə.

Xətayiyəm bu gün meydan içində, Şahın mədhin oxuram dərvişanə.

Lüğət: Bəşarət – xoş xəbər, muştuluq; Kövn – varlıq, əmələ gəlmə, var olma; Təfərrüc – gəzinti, qəm-qüssəni dağıtma; Nəqşi – üzar – üzün nəqşi; Mədh – tərif

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.