Əsas məzmuna keç

Qəzəl

Əgərçi sənsiz olur əhli-eşqə badə həram

Seyid Əzim Şirvani

1

Əgərçi sənsiz olur əhli-eşqə badə həram, Ləbin xəyalı ilə vacib oldu şürbi-müdam.

Həmişə dildə ləbin şövqidir, gözün fikri Ki, rindi-meykəşə lazımdı şəkkərü badam.

Səfayi-kuyüvə ehram bağlayan aşiq, Yeri var etməsə, ey şux, Kəbə içrə məqam.

Hədisi-rövzə bəyan eyləyirsən, ey vaiz, Cəmali-yarıma bir bax, sözün miyani-kəlam.

Özünü bir gecə oxşatdı arizi-yarə, Bu vəchdəndi ki, nöqsanə düşdü mahi-təmam.

Görüb üzarını zülfi-siyəh civarında, Dedim səvadi-İrəmdir, bu ol həvaliyi-Şam.

Yetişdi cənnəti-kuyinə axır ol hurün, Qutardı Seyyid özün, vəssəlam, vəl-ikram!

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.