Əsas məzmuna keç

Qəzəl

Əgərçi rahi-eşqində əsirəm

İmadəddin Nəsimi

1

Əgərçi rahi-eşqində əsirəm, Şəha, ol ad ilə aləmdə mirəm.

Təmənna dər cəhan mara həmin əst Ki, pişi-həzrəti-pakət bemirəm.

Qədəh sun, saqi, dövründə bu gün mən. Cavanbəxti-cahanam, gərçi pirəm.

Fərağət darəm əz şahani-dünya, Betəxti-bəxti-xud şahü vəzirəm.

Sinəm gəncineyi-sirri-xudadır, Nola gər surətən xürdü həqirəm.

Bəyani-ruyi-xud kərdəm mən əz can, Be nuri-şəm’i-rovşən dilpəzirəm.

Çü zahir batinin əlvanı oldu, Dərunumda nə kim, var anı derəm.

Besaqi dər əzəl mən əhd bəstəm, Bedəsti-xiş cami-mey nəgirəm.

Görünən gözümə həqdir, anınçün, Həqiqət nurilə sahibbəsirəm.

Həmə aləm bebin, por şod ze avaz, Ze ahü naleyi-suzi-nəfirəm.

Bular canlar sifatından cahanda, Anınçün kim, məqamati-hərirəm.

______________________Milli Kitabxana_______________________

Süleymanəm, çe pəndari to mara, Fərazi-ərşi-həq əz tu sərirəm.

İkilik mülkünü viranə qıldım, Onunçün guşeyi-vəhdətdə birəm.

Çera manəm be qəflətha gereftar, Çü Fəzli-rəhnuma şod dəstgirəm.

Fərağət olmuşam sudü ziyandan, Nəsimiyəm ki, dərvişəm, fəqirəm.

______________________Milli Kitabxana_______________________

Lüğət: Bəstə – Bağlı; Cami – müsəffa – Saf şərab

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.