Əsas məzmuna keç

Qəzəl

Əgərçi həşrdə peyda o sərvqamət olur

Seyid Əzim Şirvani

1

Əgərçi həşrdə peyda o sərvqamət olur, Fəzayi-məhşər ara özgə bir qiyamət olur.

Könüldə zəxmimi qanlı sirişkim etdi əyan, Dənizdə qan balığın zəxminə əlamət olur.

Əgər o mahı Züleyxa görə bu surət ilə, Həvayi-Yusif ona mayeyi-nədamət olur.

Məgər qiyamə gəlibdir qiyaməti-kübra, Və ya ki, cilvəgər ol şuxi-sərvqamət olur.

Qədinlə fitneyi-axırzaman olur peyda, Bu fitnədən özünü saxlayan səlamət olur.

Çəkibdi tiği-cəfa yar, əgər tökə qanım, Kəmali-lütfdür ol, qayəti-kəramət olur.

Qədin xəyalını hər vəqt kim salır yadə, Mizaci-Seyyidi-dilxunə istiqamət olur.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.