Əgərçi candasan, candan nihansan
Əgərçi candasan, candan nihansan, Degilsən candan ayrı, bəlkə cansan.
Kişi verməz nişan səndən əgərçi, Yerü gög dopdolu külli nişansan.
Necə gizlədəyim məndən səni kim, Nəyə kim baxıram, andan əyansan.
Xəcil eylər rüxün hüsn ilə ayı, Məgər sən fitneyi-axırzamansan?
Ərəb nitqi dutulmuşdur dilindən, Səni kimdir deyən kim, türkmansan?
Canı tərh eylədim, bezdim cahandan, Səni bildim ki, can ilə cahansan.
Görən sənsən, görünən sən gözümdə, Nə var söyləmisən, külli lisansan.
Həqiqət, vəhyi-mütləqdir bu sözlər, Bu sözü bil kim, andan tərcümansan.
Nəsimi, çün bu gün dövran sənindir, Cahanda xosrovi-sahibzamansan.
Ətəgin silk, əlin çək kün-fəkandan, Nə axır zübdeyi-kövnü məkansan.
______________________Milli Kitabxana_______________________