Əgər sən həmnişin olsan gözəllərlə, könül, bir dəm
Əgər sən həmnişin olsan gözəllərlə, könül, bir dəm Unutma kim, gələr hicran dəmi, eyşin olar bərhəm.
Məni, ey göz yaşım, rüsvay qıldın xəlq arasında, Quru, artıq ki, dost-düşmən gözümdə görməsinlər nəm.
Fələk, qəsdin budur, ayrı düşəm ayüzlü canandan Inadından götür əl, qoyma olsun eyşimiz matəm.
Sizi, ey mərdümi-çeşmim, ürək qanımda gizlətdim Ki, qan olsun sizə hayil, mənə şəbxun vurarkən qəm.
Uzaqlaş qəmli könlümdən, çəkirsə qəm odu şölə, Budur qorxum ki, bu odda yana canımla canan həm.
Yerin qəlbimdədir, canan, bu canı oxla gəl doldur, Dəmirdən bir hasar olsun, səni hifz eyləsin möhkəm.
Füzuli, çarəsiz dərdə düşüb rüsvay olmuşsan, Qəza təqdiridir, yox səbrdən başqa ona məlhəm.