Əsas məzmuna keç

Qəzəl

Əgər murad isə vermək səfayi-cövhəri-ruh

Məhəmməd Füzuli

1

Əgər murad isə vermək səfayi-cövhəri-ruh, Fələk misal yürüt sağəri-şərabi-səbuh.

Buyurma tövbə mənə ol şərabdan naseh Ki, görsə onu tutar cəzm tərki-tövbə Nəsuh.

Hücumi-qəmdə mənə onu etdi zövrəqi-mey Kim, etmədi onu tufan olanda kəştiyi-Nuh.

Müdam çeşmimə qan doldurur xədəngi-qəmin, Yuva başımda tutan quşları edib məcruh.

Dil oldu daği-fəraqinlə şərhə-şərhə, vəli Nə sud, çün sənə olmadı hali-dil məşruh.

Tənimdə sancılı navəklərinlə şadəm kim, Dəri-bəla bu kilid ilədir mənə məftuh.

Füzuli oldu belin fikri ilə muy misal, Hənuz bulmadı ol sirrə ehtimali-vüzuh.

Lüğət: Sağər – qədəh, piyalə; Cəzm – kəsmək, qətiyyət; Zövrəq – qayıq; Xədəng – ox; Şərhə – şərhə – para-para, dilim-dilim; Sud – fayda, qazanc; Məşruh – şərh, bəyan olunmuş; Məftuh – açılmış

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.