Əgər çıxsaydı dərdin cismdən, derdim ki, candır bu
Əgər çıxsaydı dərdin cismdən, derdim ki, candır bu, Nə hacət dərdini yeydir demək candan, əyandır bu.
Dəmadəm xublar gövrilə artar ləzzəti eşqin, Yamandır bu ki, təhqiq etmədən derlər yamandır bu.
Xədəngi sayəsində xoş keçir ovqatını, ey dil Ki, gülzari-həyatın zinəti sərvi-rəvandır bu.
Tutuşdum atəşi-dildən, cigər qanilə qərq oldum, Əgərçi bir şərarə oddur ol, bir qətrə qandır bu.
Cəhanə qəddin ilə kakilindən fitnələr düşmüş, Qiyamət ibtidası, fitneyi-axirzəmandır bu.
Dedilər bixəbərlər: baği-cənnət kuyinə bənzər, Xəbər verdi mənə andan gələn Adəm, yalandır bu.
Füzuli, qıldı fəryadü fəğanım tirə gərduni, Hənuz, ol mah sormaz kim, nə fəryadü fəğandır bu?
Lüğət: Xədəng – ox; Şərarə – od parçası, qığılcım; Tirə – qaranlıq, tutqun; Gərd – toz