Əsas məzmuna keç

Qəzəl

Əcəba, bu huri üzlü məhi-bədr, ya pərimi?

İmadəddin Nəsimi

1

Əcəba, bu huri üzlü məhi-bədr, ya pərimi? Boyu sərvi-bustani, yanağı güli-tərimi?

Ləbi-canfəzayi-lə’lin urar abi-Xızra tə’nə, Bu şəkər dodaqlı, yə’ni sözü şilə şəkkərimi?

Düşərəm oda göricək bu mələknijad huri, Əcəba, bu Çin bütünün üzü nəqşi-azərimi?

Gecələr gözü xəyalı götürər gözümə şəbxun, Bu gözü hərami cadu, qaşı yaylı çərimi?

Gözü, qaşı, zülfü, xalı ki, iki cahanı aldı, Qamu bir əmiri-hüsnün sipəhivü ləşkərimi?

Tökülür sözə gəlincə dürü lö’lö ləblərindən, Əcəb ol sədəf dəhanın dişi nəzmi-gövhərimi?

Saçı ilə həmdəm olmuş bu şikəstədil Nəsimi, Gəl inanmaz isən uş gör dəmi mişki-ənbərimi.

Lüğət: Dəhan – Ağız; Şikəstədil – Ürəyi sınıq

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.