Əsas məzmuna keç

Qəzəl

Dustum, aləm səninçin gər olur düşmən mana

Məhəmməd Füzuli

2

Dustum, aləm səninçin gər olur düşmən mana, Qəm degil, zira yetərsən dust ancaq sən mana.

Eşqə saldım mən məni, pənd almayıb bir dustdən, Hiç düşmən eyləməz onu ki, etdim mən mana.

Canü tən olduqca, məndən dərdü dağ əksik degil, Çıxsa can, xak olsa tən, nə can gərək, nə tən mana.

Vəsl qədrin bilmədim hicran bəlasın çəkmədən, Zülməti-hicr etdi çox mübhəm işi rövşən mana.

Dudü əxgərdir mana sərv ilə gül, ey bağiban, Neylərəm mən gülşəni, gülşən sana, gülxən mana.

Qəmzə tiğin çəkdi ol məh, olma qafil, ey könül! Kim, müqərrərdir bu gün ölmək sana, şivən mana.

Ey Füzuli, çıxdı can, çıxman təriqi-eşqdən, Rəhgüzari-əhli-eşq üzrə qılın mədfən mana!

Lüğət: Mübhəm – anlaşılmayan, dolaşıq; Əxgər – od parçası, qığılcım, qor; Müqərrər – qərarlaşmış, qət edilmiş; Şivən – fəryadla ağılamaq; Mədfən – qəbir

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.