Əsas məzmuna keç

Qəzəl

Dust yolunda halal olsun, dila, qeyrət sana

Şah İsmayıl Xətai

1

Dust yolunda halal olsun, dila, qeyrət sana. Qeyridən bir zərrə minnət çəkmədin, rəhmət sana.

Ol sənəm əzmi-səfər etdi, könül, əylənmə kim, Bir nəfəs didar gər kim, qalmaya həsrət sana.

El dilü din, siz çıxın evdən ki, dildarım gəlür, Sən də, ey can, durma kim, biz vermişiz rüxsət sana.

Çareyi-behbudimi sordum müalicədən, dedi: – Dərd dərdi-eşq isə, mümkün degil səhhət sana.

Ey Xətayi, sən şəhidi-ğəmzeyi-dildarsən, Həşrdə rəşk aparar yetmiş iki millət sana.

Lüğət: Didar – görüş, üz

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.