Dust bipərva, fələk birəhm, dövran bisükun
Dust bipərva, fələk birəhm, dövran bisükun, Dərd çox, həmdərd yox, düşmən qəvi, tale’ zəbun.
Sayeyi-ümmid zail, afitabi-şövq gərm, Rütbeyi-idbar ali, payeyi-tədbir dun.
Əql dunhimmət, sədayi-tə’nə yer-yerdən bülənd, Bəxt kəmşəfqət, bəlayi-eşq gün-gündən füzun.
Mən qəribi-mülkü rahi-vəsl pürtəşvişü məkr, Mən hərifi-sadəlövhü dəhr pürnəqşü füsun.
Hər səhiqəd cilvəsi, bir seyli-tufani-bəla, Hər hilaləbru qaşı bir sərxəti-məşqi-cünun.
Yeldə bərgi-lalə tək, təmkini-daniş bisəbat, Suda əksi-sərv tək, tə’siri-dövlət vajigun.
Sərhədi-mətlubə pür möhnət təriqi-imtəhan, Mənzili-məqsudə pürasib rahi-azimun.
Şahidi-məqsəd nəvayi-çəng tək pərdənişin, Sağəri-işrət hübabi-safi-səhba tək nigun.
Təfriqə hasil, təriqi-mülki-cəm’iyyət məxuf, Ah, bilmən neyləyim, yox bir müvafiq rəhnümun.
Çöhreyi-zərdin Füzulinin tutubdur əşki-al, Gör ona nə rənglər çəkmiş sipehri-nilgun.
Lüğət: Zəbun – düşkün, aciz, zəif; Dun – alçaq, əskik; Füzun – artıq. G; Füsun – ovsun; Cünun – dəlilik, divanəlik; Bərg – yarpaq; Daniş – bilik, elm; Şahid – gözəl; Sağər – qədəh, piyalə; Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük; Təfriqə – dağınıqlıq, ayrılıq; Məxuf – qorxunc, qorxulu; Rəhnümun – yol göstərən; Sipehr – göy, sfera