Əsas məzmuna keç

Qəzəl

Düşmüşəm biyar, ilahi, kimsə biyar olmasın!

İmadəddin Nəsimi

1

Düşmüşəm biyar, ilahi, kimsə biyar olmasın! Kimsənin halı bu rəsmə müşküli-zar olmasın!

Cənnətin nazü nəimi dilbərin didarıdır, Hurü rizvanı mana bivəsli-dildar olmasın!

Tamu odundan acıdır nari-hicrin aşiqə, Kimsənin canında səndən, yarəb, ol nar olmasın!

Hər kimin məqsudu səndən qeyri didar olmadı, Ta əbəd həqdən nəsibi qeyri didar olmasın!

Aşiqin bağı, gülü, gülzarı yarın üzüdür, Varikən yarın cəmalı, özgə gülzar olmasın!

Olmuşam şol çeşmi-bimarın fəraqından səqim, Kimsə şol bimara məndən özgə bimar olmasın!

Aşiqin mişki-tatarı zülfi-yarın buyidir, Oda yansın nafeyi-Çin mişki-tatar olmasın!

Kim ki, bazar etmədi zülfündə yüz min can ilə, Ta əbəd vəslinlə anın hiç bazar olmasın!

Kəşfi-əsrarından anın yanaram, səbr eylərəm, Deməzəm əğyara ta kim, kəşfi-əsrar olmasın!

Bağrımı yandırdı hicrin xarı, ey cənnət gülü, Bülbülün bağrında güldən hərgiz ol xar olmasın!

Kim ki, bidar olmadı eşqində hər şəb ta səhər, Ol yalançı müddəinin bəxti bidar olmasın!

Canfəza lə’lin meyindən firqət ayırdı məni, Yarəb, ol pakizə meydən kimsə huşyar olmasın!

Tutmuşam mehrində peyman, qılmışam hüsnündə əhd, Mehri-eşqin ləmyəzəl biəhdü iqrar olmasın!

Ey Nəsimi, kim ki, saf olmaz zəri-xalis kimi, Dilbərin eşqində safi həmçü dinar olmasın!

Lüğət: Rizvan – Cənnət; Nar – Od; Didar – Görüş; Yarın – Səhər; Şol – O; Çeşm – Göz; Bimar – Xəstə; Səqim – Xəstə, gücsüz; Əsrar – Sirlər; Hərgiz – Hələ; Xar – Tikan; Şəb – Gecə; Ləmyəzəl – Əbədi, ölməz

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.