Düşmüş müənbər sünbülün xurşidi-taban üstünə
Düşmüş müənbər sünbülün xurşidi-taban üstünə, Şol rəsm ilə mişkin bənin gülbərgi-xəndan üstünə.
Könlümü viran eylədim, mehrin yerin can eylədim, Eşqin mana şan eylədim, düşdü qəmin can üstünə.
Dərdi-məhəbbət aşiqə dərman yetər, var, ey həkim, Hərdəm mana bir dərd ilən artırma dərman üstünə.
Rüxsarın üzrə zülfünü hər kimsə kim, gördü dedi: Küfri-siyəhdir, sanasan, dağıtmış iman üstünə.
Yaquti-reyhandır xətin, ey quti-can, lə’li-ləbin Şö’lə ki, düşmüş Xızr tək ol abi-heyvan üstünə.
Nuri-təcəlli sirrini xalında gördü gözlərim, Gör kim, nə surət bağlamış bu çeşmi-giryan üstünə.
Eşqindən, ey arami-can, gərçi Nəsimi xak olur, Durmuş səninlə ta əbəd şol əhdü peyman üstünə.
Lüğət: Xurşid – Günəş; Şol – O; Təcəlli – Əzəmətli zühur etmə; Çeşm – Göz; Giryan – Ağlar; Xak – Torpaq