Əsas məzmuna keç

Qəzəl

Düşdüm əzəldə zülfünə, dam olmadan hənuz

İmadəddin Nəsimi

1

Düşdüm əzəldə zülfünə, dam olmadan hənuz, İçdim ləbin şərabını, cam olmadan hənuz.

Gördüm üzünü Kə’bədə əhli-səfa ilə, Qıldım təvafi-Kə’bə, həram olmadan hənuz.

Yazmış üzündə sureyi-rəhman ələssəlam, Ərş ilə kürsü, lövhü qələm olmadan hənuz.

Gördüm üzünü nuri-təcəllivü şövqünü Ayü günəşdən nuri-qiyam olmadan hənuz.

Dürdanə dişlərini nigarın görəndə mən, Dürrə sədəfdə nəzmü, nizam olmadan hənuz.

Vəchində yazmış idi anın yirmi səkkiz hərf, Xətti-bəyani-hərfü kəlam olmadan hənuz.

Görmüş idi üzündə Nəsimi nişani-həq, Ol dəm nişani-sübh ilə şam olmadan hənuz.

Lüğət: Dam – Tələ; Təvaf – Kəbənin başına dolanmaq

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.