Əsas məzmuna keç

Qəzəl

Dürri-beyzadır vücudun, həq nişanı qandadır

İmadəddin Nəsimi

1

Dürri-beyzadır vücudun, həq nişanı qandadır? Zahirü batin çü sənsən, bəs filanı qandadır?

Laməkanidir vücudun qul-kəfa şəhrində uş, Ol rüxün inna-ileyna bu bəyanı qandadır?

Kirpigin Tövratü Incilü Zəburun sirridir, Dörd kitabın mə’nisi səb’ülməsani qandadır?

Ta libasi-nuri-ərrəhmanü taha geymədin, Bilmədi kimsə səni kim, xanimanı qandadır.

Bilmişəm həqqi ki, mir’atıdürür fəxri-zaman, Əqlə sığmaz bu hekayət, tərcümanı qandadır?

Ayəti-lövlak oxu, ey nüsxeyi-nun vəl-qələm, Ta sana mə’lum ola canü cahanı qandadır.

Əhsəni-təqvim bil məktubi-sübhanəlləzi, Üştə me’racı, ə’layi-laməkanı qandadır?

Surətin inna-hüdeynadır, camalın vəzzüha, Mə’niyi Allahü əkbər kün-fəkanı qandadır?

Çün Nəsimi sirri İbrahimü Haşimdir bu gün, Çün həqqə vasil olubdur, cismü canı qandadır?

______________________Milli Kitabxana_______________________

Lüğət: Beyza – Ağ, bəyaz; Laməkan – Məkansız; Mir – Ağa

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.