Dürdvəş sərgəşteyi-camü xərabi-badəyəm
Dürdvəş sərgəşteyi-camü xərabi-badəyəm, E’tibarım yox, ayaq toprağ bir üftadəyəm.
Hiç rəng ilə mənə abadlıq mümkün degil, Mən xərabi-badeyi-safü üzari-sadəyəm.
Deməzəm dəgməz mənə qəmzən xəyalı, ya dəgər. Dəgmə qeydi çəkməzəm, aləmdə bir azadəyəm.
Abi-çeşmim cizginir kuyində, əmma qədri yox, Deməsin bu dövrdə kimsə ki, mərdümzadəyəm.
Zahida, məndən nə hasil kim, oxursan məscidə, Məndə taət yox, haman alayişi-səccadəyəm.
Çərx dövründən nə hasil kim, verir təğyiri-zövq, Durmadan zövq artırır miskini-dövri badəyəm.
Zövq istərsən, Füzuli, tərki-dünya qıl ki, mən Bulmadım bir zövq bundan qeyr ta dünyadəyəm.
Lüğət: Üzar – yanaq. V; Zahid – dünya işlərindən əl çəkərək ibadətlə məşğul olan adam; Alayiş – ləkələmək, bulaşmaq; Təğyir – döndərmək, dəyişmək