Əsas məzmuna keç

Qəzəl

Dürdi-mey ta vardır, biz dərdi-aləm çəkmərik

Seyid Əzim Şirvani

1

Dürdi-mey ta vardır, biz dərdi-aləm çəkmərik, Dövləti-piri-müğandan möhnətü qəm çəkmərik.

İbtilayi-fəqrdən yüz zövqü ləzzət görmüşük, Biz bu aləmdə səfanı şahdən kəm çəkmərik.

Guşeyi-meyxanədə bəsdir bizə sınmış sifal, Minnəti-Cəmşidü fikri-sağəri-Cəm çəkmərik.

Gər nihali-arizumuz rişəsindən xüşk ola, Minnəti-baranü feyzi-çeşmi-pürnəm çəkmərik.

Yansa dil, xak olsa tən, ey şəm suzi-eşqdən, Dudumuz çıxmaz bizim, ahi-dəmadəm çəkmərik.

Gəndümi-xalın görüb cənnətdən əl çəkməz o kim, Biz onun adını bu aləmdə adəm çəkmərik.

Üz əgər verməz bizə, bir vəchi vardır, ol pəri, Seyyida, biz sən kimi rüxsari-dərhəm çəkmərik.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.