Əsas məzmuna keç

Qəzəl

Dürcdür lə’li-rəvanbəxşin, düri-şəhvar ləfz

Məhəmməd Füzuli

1

Dürcdür lə’li-rəvanbəxşin, düri-şəhvar ləfz, Dürcdən dürlər tökərsən, eyləsən izhar ləfz.

Öylə ağızın təngdir kim, söyləşir saət sana, Gərçi nazikdir, verir, əlbəttə, bir azar ləfz.

Yetmək olmaz ləfzi-canbəxşinlə ağızın sirrinə, Vəhydir guya bu kim, mütləq ağız yox, var ləfz.

Nişə lə’lin gec gəlir göftarə, guya kim, bilir, Mən kimi, ol lə’ldən ayrılmağ düşvar ləfz.

Qönçə lə’linlə lətafətdən dəm urmuş, bilməzəm, Neylər izhar eyləgəc ol lə’li-gövhərbar ləfz.

Ey Füzuli, istərəm dildar halim sormaya, Rəşkdən kim, bulmasın vəsli-ləbi-dildar ləfz.

Lüğət: Düşvar – çətin, müşkül. E; Rəşk – həsəd, qısqanmaq

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.