Əsas məzmuna keç

Qəzəl

Dünyəvü üqbadə sən tək yari-ğəmxar istərəm

Şah İsmayıl Xətai

1

Dünyəvü üqbadə sən tək yari-ğəmxar istərəm, Xəlq edər divarə səcdə, bəndə didar istərəm.

Tuti tək təlx oldu ağzım, istərəm şəkkər ləbin, Bülbüli-sərgəştəyəm, hər gündə gülzar istərəm.

Hər vəfasız dilbərə vermən könül, ey dilrüba, Bir sənin tək dilbəri yari-vəfadar istərəm.

Çün sən ey dərdə təbibim, etməsən dərmanımı, Bu vücudi-zarimi hər gündə bimar istərəm.

Bu Xətayi bəndə ol qaşın quluyam sidq ilən, Qılmışam bir qatla iqrari, nə inkar istərəm.

Lüğət: Üqba – axirət, o biri dünya; Didar – görüş, üz; Təlx – acı; Dilrüba – gözəl, könülalan; Bimar – xəstə

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.