Dünyəvü üqbadə birdir yar, dutman yar iki
Dünyəvü üqbadə birdir yar, dutman yar iki, Yar isən, ey ğəmli könlüm, dutmagil, zinhar, iki.
Zülfini yüz üstə gördüm həlqələnmiş, söylədim: Gənc birdir, üstə neyçün yatmış ol şəhmar iki?
Mürği-dil gahi rüxün, gəh arizin məskən dutar, Bülbüli-dilxəstə birdir, neyləsün, gülzar iki?
Quşanur könlüm səri-zülfin xəyalən dər miyan, Gör nəçük kafərdir ol kim, bağlanur zünnar iki?
Eyləməz hərgiz Xətayi sirri-həqqi xəlqə faş, Çünki birdir sirri onun, saxlamaz sirdar iki.
Lüğət: Üqba – axirət, o biri dünya; Zinhar – saqın, aman; Gənc – xəzinə; Mürği – hərim – məhrəm quşu; Dil – ürək; Ariz – yanaq; Hərgiz – heç vaxt; Sirri – əf’al – işlərin sirri